Taekvondoçumuz Avropa Gənclər Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

Xəbərlər
23 İyul 2025 17:24
73
Taekvondoçumuz Avropa Gənclər Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

Azərbaycan taekvondoçusu Mehdi Budaqlı XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə qalib gəlib.

İdman.biz xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionu ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib.

Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Mehdi Budaqlının 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.

İdman.biz