4 parataekvondoçumuz beynəlxalq turnirdə

Xəbərlər
10 İyul 2025 18:53
43
4 parataekvondoçumuz beynəlxalq turnirdə

Azərbaycanı Cənubi Koreyada keçiriləcək Çxunçxon açıq Çağırış turnirində 4 parataekvondoçu təmsil edəcək.

İdman.biz xəbər verir ki, turnirin K-44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) mübarizə aparacaq.

Yarış 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq Yay Paralimpiya Oyunlarına reytinq xarakteri daşıyır.

Qeyd edək ki, parataekvondoçularımız iyulun 11-də start götürəcək turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında iştirak edəcəklər.

İdman.biz