Sumqayıtda gənc oğlan idman zalında həyatını itirdi - VİDEO

29 Oktyabr 2025 23:26
303
Sumqayıtda gənc oğlan idman zalında həyatını itirdi - VİDEO

Sumqayıtda 21 yaşlı gənc idman zalında dünyasını dəyişib.

İdman.Biz Sumqayit24.az-a istinadla xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İdman.Biz