Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb

Xəbərlər
22 İyul 2025 11:39
71
Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb

Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev məlumat verib.

O, su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərini bildirib: “Bu məsələ ilə yaxından məşğul olacağıq. Namizədləri nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, yunanıstanlı mütəxəssis ötən ilin sentyabr ayından milli komandaya rəhbərlik edirdi.

İdman.biz