“Üzgüçülük hamı üçün” layihəsinin mükafatlandırılması mərasimi keçirilib - VİDEO

Xəbərlər
4 İyun 2025 18:36
81
“Üzgüçülük hamı üçün” layihəsinin mükafatlandırılması mərasimi keçirilib - VİDEO

Su İdmanı Sarayında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin idmançılarının iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Xaliq İldırımzadə və digər rəsmi şəxslər təqdim ediblər.

Bu gün yarışlarda 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59, 60 və yuxarı yaş qruplarından olan iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.

İyunun 5-də 9 yaşdan kiçiklər, 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24 və 25-29 yaş qruplarını təmsil edən üzgüçülər mübarizə aparacaqlar.

Qeyd edək ki, layihənin məqsədi üzgüçülüyün kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və iştirakçı ölkələr arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

Aytac Sahəd
İdman.biz