Universiada: Altıncı gündə üzgüçülərimiz dörd növdə yarışıblar - FOTO/VİDEO

Xəbərlər
22 İyul 2025 16:55
65
Universiada: Altıncı gündə üzgüçülərimiz dörd növdə yarışıblar - FOTO/VİDEO

Almaniyada təşkil olunan Dünya Yay Universiadasının Berlində keçirilən üzgüçülük yarışlarının altıncı günündə Azərbaycan idmançıları dörd növdə çıxış ediblər.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Fatimə Alkərəmova 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 28.14 saniyəlik nəticə ilə 54 iştirakçı arasında 44-cü yerdə qərarlaşıb.

Abdurrəhman Rüstəmov 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 23.94 saniyəlik göstərici ilə 74 idmançı arasında 50-ci olub.

Nihad Yusibov 50 metr məsafədə sərbəst üsulla üzmə yarışında 26.48 saniyə ilə 74 iştirakçı sırasında 67-ci yerdə qərarlaşıb.

Universiadada 4x200 sərbəst estafet yarışında komandamız 7.49.41 dəqiqəlik nəticə ilə 16 ölkə arasında 13-cü yerdə qərarlaşıb. Komandanın heyətində Ramil Vəlizadə (1.55.67), Rəşad Alquliyev (1.59.19), Səid Həmidov (1.57.79) və Abdurrəhman Rüstəmov (1.56.76) mübarizə aparıblar.

Qeyd edək ki, Dünya Yay Universiadasının üzgüçülük yarışlarına iyulun 23-də yekun vurulacaq.

İdman.biz