Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Gəncə İdman Sarayında baş tutan və ilk dəfə beynəlxalq statusda keçirilən turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.
İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alıblar.
Yarışın ikinci və sonuncu günü gərgin və maraqlı mübarizə şəraitində keçib. Turnirin bədii hissəsində müğənni Mərdan Kazımov çıxış edib. Daha sonra qaliblər medal və diplomlarla təltif olunublar.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın icraçı vitse-prezidenti Xaliq İldırımzadə, vitse-prezidenti Jalə Əhmədova, baş katibi Oqtay Atayev, müşaviri Rəşad Əbdürəhmanov, üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Luka Qabrilo və digər şəxslər iştirak ediblər.
İkinci günün nəticələri:
Kişilər
50 m arxası üstə: Daniyal Muhammad – qızıl, Rəşad Alquliyev – gümüş, Gela Alavidze – bürünc;
50 m sərbəst üsul: Pavel Yefimenka – qızıl, Abdurrəhman Rüstəmov – gümüş, Daçi Mesxişvili – bürünc;
100 m brass: Maksim Maşliakeviç – qızıl, Yeqor Maynitski – gümüş, Səid Həmidov – bürünc;
100 m butterfly: Abdurrəhman Rüstəmov – qızıl, Ramil Vəlizadə – gümüş, Matvey Danilov – bürünc;
200 m arxası üstə: Oqtay Hüseynov – qızıl, Kaxi Manqoşvili – gümüş, Eldar Mirzəyev – bürünc;
200 m sərbəst üsul: Matvey Danilov – qızıl, Oqtay Hüseynov – gümüş, Fərhad Şirməmmədli – bürünc;
400 m qarışıq: Yeqor Maynitski – qızıl, Fərhad Şirməmmədli – gümüş, Timur Nikiforov – bürünc;
800 m sərbəst üsul: Matvey Danilov – qızıl, Fərhad Şirməmmədli – gümüş, Amin Oruclu – bürünc;
4x100 m qarışıq estafet: Oqtay Hüseynov, Yeqor Maynitski, Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov – qızıl; Gela Alavidze, Daçi Mesxişvili, Kaxi Manqoşvili, Andria Şevarnadzü – gümüş; Timur Nikiforov, Tofiq Əhmədzadə, Amin Oruclu, Firdovsi Abbasov – bürünc.
Qadınlar
50 m arxası üstə: Anna İvanova – qızıl, Anna Şiukayeva – gümüş, Aişə Səmədova – bürünc;
50 m sərbəst üsul: Palina Belyavskaya – qızıl, Valeryia Şilko – gümüş, Məryəm Cavadova – bürünc;
100 m brass: Alisa Belaya – qızıl, Valeryia Şilko – gümüş, Anastasiya Boborıkina – bürünc;
100 m butterfly: Elene Trapaidze – qızıl, Nino Ruxadze – gümüş, Anastasiya Qnusina – bürünc;
200 m arxası üstə: Anna İvanova – qızıl, Vlastilina Xasyanova – gümüş, Zəhra Axundzadə – bürünc;
200 m sərbəst üsul: Məryəm Cavadova – qızıl, Anastasiya Qnusina – gümüş, Sali Şerbayeva – bürünc;
4x100 m qarışıq estafet: Anna İvanova, Ani Beruaşvili, Nino Ruxadze, Liza Kalinina – qızıl; Vlastilina Xasyanova, Anastasiya Boborıkina, Fatimə Alkərəmova, Məryəm Cavadova – gümüş; Aişə Səmədova, Anastasiya Qnusina, Safiya Səmədova, Aleksandra Slepenko – bürünc.
Qeyd edək ki, ikinci dəfə keçirilən “Ganja Cup” yarışında bu il ilk dəfə əcnəbi üzgüçülər də mübarizəyə qoşulublar. Turnirdə Belarus və Gürcüstan komandaları iştirak edib.
