Üzgüçülük üzrə milli komandamız İslamiadanı üç medalla başa vurub

Xəbərlər
13 Noyabr 2025 01:05
53
Üzgüçülük üzrə milli komandamız İslamiadanı üç medalla başa vurub

Üzgüçülük üzrə Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.

İdman.Biz bildirir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan milli komandası yarışları 3 medalla başa vurub. Yığmamız bu nəticə ilə İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açıb.

Milli komandamızın üzvləri aşağıdakı nəticələri göstəriblər:

Ramil Vəlizadə – 200 metr kəpənək üsulu – gümüş medal

Süleyman İsmayılzadə – 1500 metr sərbəst üsul – bürünc medal

Qadınların estafet komandası – 4×200 metr sərbəst üsul – bürünc medal

İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, üzgüçülük üzrə milli komandamız bütün medalları Azərbaycan doğumlu idmançılar hesabına qazanır. Bu nəticə milli komandanın inkişafında mühüm mərhələ və yeni nəsil üzgüçülərimizin beynəlxalq arenada yüksəlişinin göstəricisidir.

İdman.Biz