III MDB Oyunları: Azərbaycan üzgüçüləri bu gün dördüncü medalı qazanıblar - YENİLƏNİB + FOTO

Xəbərlər
29 Sentyabr 2025 11:56
91
III MDB Oyunları: Azərbaycan üzgüçüləri bu gün dördüncü medalı qazanıblar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, Süleyman İsmayılzadə 200 metr məsafəyə sərbəst üsulla üzmədə ikinci yeri tutub.

Rusiyalı Bogdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov bürünc medala sahib çıxıb.

Xatırladaq ki, bu gün daha üç azərbaycanlı üzgüçü medal qazanıb. 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə Oqtay Hüseynov gümüş medal qazanıb. Qadınlar arasında 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə isə Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Qnussina bürünc mükafat əldə edib.

11:07

Azərbaycanın daha iki təmsilçisi III MDB Oyunlarında medal qazanıb.

İdman.biz xəbər verir ki, üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Gnussina bürünc mükafat əldə edib.

Onlar 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə uğurlu çıxış ediblər.

Qızıl medala rusiyalı Anastasiia Chernyshova sahib çıxıb.

10:32

Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.

İdman.biz xəbər verir ki, idmançı gümüş mükafata sahib çıxıb.

O, 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə uğurlu çıxış edib. Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.

İdman.biz