Türkiyəli atıcı: “Azərbaycanda özümüzü vətəndəki kimi hiss edirik” - FOTO

Xəbərlər
3 May 2024 12:23
Türkiyəli atıcı: “Azərbaycanda özümüzü vətəndəki kimi hiss edirik” - FOTO

“Mən final adamıyam. İndiyə qədər həlledici mübarizəyə qoşulduğum atışlardan medalsız ayrılmamışam. Bu səbəbdən özümə güvənirdim”.

İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növünün qalibi Şimal Yılmaz deyib.

Türkiyə komandasını təmsil edən Şimal Yılmazla İsmayıl Keleş finalda qazaxıstanlı cütlük Valeriya Popelova və Eldar İmankulova qalib gəlib. O bildirib ki, bu medalı vəfat edən məşqçisinə həsr edir: “Ötən həftələrin birində çox sevdiyim məşqçim dünyasını dəyişdi. Bəlkə də qızıl medal almağımın səbəbi o insandır. 12 yaşımdan onun yanındaydım, o, həm də klubdakı məşqçim idi. Bu medalı ona - Murat Yılmaza həsr edirəm. Bundan sonra qazanacağım medalları da ona həsr edəcəyəm. Olimpiadalarda da uğur qazanacağıma ümid edirəm”.

Yılmaz Azərbaycanda yarışmasının onun üçün əlavə motivasiya olduğunu deyib: “Azərbaycan mənə doğma gəlir. Ötən il Bakıdakı Dünya kubokunda bürünc medal qazanmışdım, bu dəfə karyeramın ilk qızılını əldə etdim. Buradakı azərbaycanlı atıcı dostlarımla çox yaxşı münasibətim var, mənə dəstək olurlar. İnanın, Azərbaycanda özümüzü vətəndəki kimi hiss edirik”.

Qeyd edək ki, Azərbaycanda keçirilən Dünya kubokunda 84 ölkədən 701 idmançı iştirak edir.

İdman.biz

Məqalədə: