Bakıda ilk qızılı Türkiyə yığması qazanıb

Xəbərlər
3 May 2024 12:09
Bakıda ilk qızılı Türkiyə yığması qazanıb

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunun ilk qalibləri bəlli olub.

İdman.biz xəbər verir ki, qarışıq komandaların pnevmatik tapançadan 10 m məsafədən atəş açma yarışına yekun vurulub.

Bakıdakı ilk qızıl medalı Türkiyə millisi qazanıb. Şimal Yılmaz və İsmail Keleş yarışın qalibi olublar.

Valeriya Popelova və Eldar İmankulovdan ibarət Qazaxıstan yığması ikinci yeri tutub. Çinlilər Xue Li və Yu Xie bürünc qazanıblar.

Qeyd edək ki, bu gün kişi və qadın atıcılar pnevmatik tapançadan 10 m məsafədən atəş açmada təsnifat mərhələsində mübarizə aparır.

İdman.biz

Məqalədə: