"Qızıl medal üçün təcrübəm çatmadı"

Xəbərlər
14 Avqust 2023 17:24
"Qızıl medal üçün təcrübəm çatmadı"

"Qızıl medal üçün təcrübəm çatmadı".

İdman.biz-in məlumatına görə, bunu Belarusun paytaxtı Minskdə keçirilmiş II MDB Oyunlarında bürünc medal qazanmış Azərbaycan samboçusu Rəsul Aydəmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

98 kq çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı 3-cü yeri tutduğu üçün sevincli olduğunu bildirib: "Mən gənclər arasında güləşirəm. Böyüklər arasında ilk yarışım idi. Qarşıda dünya çempionatı var, orada birinci yeri tutmağa çalışacağam".

İdman.biz