Sambo üzrə ilin təqvimi açıqlanıb

Xəbərlər
7 Yanvar 2024 20:16
248
Sambo üzrə ilin təqvimi açıqlanıb

Beynəlxalq Sambo Federasiyası 2024-cü il üçün yarışların təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, ənənəyə uyğun olaraq mövsümün ilk yarısının əsas yarışı Avropa çempionatı olacaq.

Mayın 9-12-də keçiriləcək turnir Serbiyanın Novi Sad şəhərində baş tutacaq.

Noyabrın 8-10-da isə Qazaxıstan dünya çempionatına ev sahibliyi edəcək. Dünyanın ən güclü samboçuları Astanaya toplaşacaq.
Həmçinin, sentyabrın 7-8-də Mərakeşdə çimərlik sambosu üzrə dünya çempionatı nəzərdə tutulub.

Bundan başqa, Niderland, Yunanıstan və Qırğızıstanda bir sıra beynəlxalq turnirlər keçiriləcək.

İdman.biz