Avropa üçüncüsü: "Güclülər sırasında yer aldığım üçün sevinirəm"

Xəbərlər
9 İyul 2025 14:36
37
Avropa üçüncüsü: "Güclülər sırasında yer aldığım üçün sevinirəm"

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Rumıniyada keçirilmiş Avropa çempionatında güclülər sırasında yer aldığı üçün sevinir.

İdman.biz xəbər verir ki, idmançı bunu "Report"a açıqlamasında söyləyib.

"Təəssüratlar çoxdur. Həm yaxşı, həm də müəyyən qədər yaxşı olmayan. Çünki daha yüksək nailliyyət əldə edə bilərdim. Şadam ki, mənə 500 metr məsafədə yürüşdə özümü göstərmək nəsib oldu. Qazandığım nəticələrə görə məşqçilərimə təşəkkür edirəm. Avropa çempionatı hər zaman çətin keçir. Əsas olan medal qazana bilməkdir", - deyə o bildirib.

Avarçəkən güclü rəqiblərlə qarşılşadığını söyləyib: "Rəqiblərim beynəlxalq səviyyəli və çox güclü idilər. Güclülər sırasında yer aldığım üçün sevinirəm. Daha yaxşı nəticələr qazanmaq üçün çatışmazlıqları təhlil etməliyəm".

T.Smilovenkonun əsas hədəfi Yay Olimpiya Oyunlarıdır: "Amma hazırda bu gün üçün vəziyyəti dəyərləndirməliyəm. Dünyada beynəlxalq yarışlarda yaxşı çıxış etməliyəm".

Qeyd edək ki, Tatyana Smilovenko Avropa çempionatında bürünc medal qazanıb.

İdman.biz