Avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb - FOTO

Xəbərlər
2 İyun 2025 16:07
48
Avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb - FOTO

Qazaxıstanın Uralsk şəhərində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub.

İdman.biz xəbər verir ki, komandamız yarışda 3 qızıl, 6 gümüş, 5 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.

İvan Vorobjanskiy bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda qızıl medala sahib olub.

Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub.

İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanskiy – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb.

Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib.

İvan Vorobjanskiy rusiyalı idmançı birgə bürünc medal qazanıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanskiy - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.

İdman.biz