Avarçəkənlərimizdən “Bratislava Reqatası”nda daha bir qızıl medal

Xəbərlər
26 May 2025 09:54
59
Avarçəkənlərimizdən “Bratislava Reqatası”nda daha bir qızıl medal

Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri davam edir.

İdman.biz xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız uğurlu çıxışını davam etdirir.

1 nəfərlik kanoe qayığında 200 m məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 m məsafədə bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, yarışların ilk günündə kayak qayığında 200 m məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.

İdman.biz