Noyabrın 4-5-də İtaliyanın Turin şəhərində akademik avarçəkmə üzrə “Silver Skiff” beynəlxalq reqatası keçiriləcək.
İdman.biz xəbər verir ki, turnirdə müxtəlif yaş kateqoriyaları və peşəkarlardan ibarət 700-dən artıq idmançı mübarizə aparacaq.
Reqatada Azərbaycanı yığma komandamızın üzvü Diana Dımçenko təmsil edəcək.
Qeyd edək ki, “Silver Skiff” reqatası 32-ci dəfədir təşkil edilir. Dımçenko ötən il bu yarışda gümüş medala sahib olub.
İdman.biz