Azərbaycan "Mingəçevir Reqatası-2023"ü 20 medalla başa vurub - FOTO

Xəbərlər
27 Oktyabr 2023 23:54
643
Azərbaycan "Mingəçevir Reqatası-2023"ü 20 medalla başa vurub - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2023"ə yekun vurulub.

İdman.biz xəbər verir ki, millimiz son gündə daha 5 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Amil Ramazanov 2 dəfə finişə hamıdan tez çatmaqla, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 1 nəfərlik kayak qayığında 200 və 1000 m məsafədə qalib olub.

2 nəfərlik kayak qayığında da 200 m məsafədə Azərbaycan idmançılarının hegemonluğu yaşanıb. 2007-08-ci il təvəllüdlü avarçəkənlərin yarışında Qiyas Əhmədovla Riyad İsmayılzadə qızıl, Sübhan Həsənovla Rəşad Dadaşov gümüş, Nihat Quliyev və Şahin İsayev bürünc medal qazanıb.

200 m məsafəyə kayak qayığı ilə fərdi yarışda 2007-08-ci il təvəllüdlü idmançılarda Əlimurad Hacızadə 1-ci olub. 2009-10-cu il təvəllüdlü idmançıların kayak qayığında 200 m məsafəyə ötüşməsində azərbaycanlı cütlük Əlimurad Hacızadə və Vacib Babayev bütün rəqiblərini qabaqlayıb. Ömər Qəmərli və İvan Vorobjanski isə bürünc medala sahib olub.

Beləliklə, millimiz 8 ölkədən 14 komandanın iştikak etdiyi "Mingəçevir reqatası-2023"ü 20 medalla tamamlayıb. Bunlardan 8-nin əyarı qızıl, 4-ü gümüş, 8-i isə bürünc olub. Yığmamız bu göstərici ilə kayak və kanoedə "Mingəçevir Reqatası-2023" kubokunda birinci yeri turub. Akademik avarçəkmədə isə qalib Gürcüstan yığması olub.

Emin Ağa

İdman.biz