AKAF TAF və TKF-la əməkdaşlıq memorandumu imzalayıb - FOTO

Xəbərlər
27 Oktyabr 2023 15:10
324
AKAF TAF və TKF-la əməkdaşlıq memorandumu imzalayıb - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Türkiyə Avarçəkmə Federasiyası (TAF) və Türkiyə Kanoe Federasiya (TKF) ilə əməkdaşlıq memorandumu imzalanıb.

İdman.biz xəbər verir ki, bunu AKAF-ın mətbuat katibi Vüsal Qurbanov açıqlayıb.

O bildirib ki, memorandum federasiyalar arasında həm təcrübə mübadiləsinin aparılması, həm gələcəkdə milli komandaların birlikdə təlim-məşq toplanışları keçməsində mühüm rol oynayacaq. Eyni zamanda, beynəlxalq yarışları keçirməkdə birgə təşkilatçılıq da nəzərdə tutulub.

Qurbanov “Mingəçevir reqatası-2023”ün son günündən gözləntilərini də açıqlayıb. O qeyd edək ki, ilk 2 günü Azərbaycan idmançıları üçün uğurlu saymaq olar: “Bu gün də finallar var. Ümid edirik ki, nəticələr yenə də uğurlu olacaq və Azərbaycan ən çox medal qazanan komandalar sırasında olacaq”.

Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın hələlik Azərbaycan millisinin hesabında 5 qızıl, 5 gümüş və 6 bürünc medal var.

Emin Ağa

İdman.biz