Kayakçımız "Prezident kuboku"nda qızıl medal qazanıb

Xəbərlər
2 May 2024 13:53
Kayakçımız "Prezident kuboku"nda qızıl medal qazanıb

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatasının ikinci günündə ilk qaliblər müəyyənləşib.

İdman.biz xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən 500 m məsafəyə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.

Yığmanın üzvü Əlmurad Hacızadə 2008-2009 təvəllüdlü idmançılar arasında qızıl medal qazanıb. O, kayakla finiş xəttinə 1-ci çatıb.

Yarışda 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparır. “Prezident kuboku” mayın 3-də başa çatacaq.

Qeyd edək ki, reqatanın ilk günü Suqovuşanda kayakda 200 m məsafədə Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: