Fərid Qayıbov: “Bu il reqatada 12 ölkədən idmançılar mübarizə aparırlar” - FOTO

29 Sentyabr 2026 12:53
108
Fərid Qayıbov: “Bu il reqatada 12 ölkədən idmançılar mübarizə aparırlar” - FOTO

“Hər il xeyli sayda xarici idmançı bu yarışa qatılır və bu bizi çox sevindirir”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov “Mingəçevir Reqatası-2026”nın Köndələn su anbarındakı açılış günü münasibətilə təşkil olunan tədbirdə deyib.

“Su İdmanı Növləri Federasiyasına təşəkkür edirəm ki, təşkil olunan beynəlxalq və yerli yarışlardan ən azı birini işğaldan azad olunmuş bölgələrdə keçirir. Qarabağımızda bütün sahələr, o cümlədən idman da inkişaf etdirilir”, - nazir bildirib.

Nazir Mingəçevir Reqatasının işğaldan azad olunmuş ərazilərdə artıq üçüncü dəfə keçirildiyini bildirib.

“Sevindirici haldır ki, yarışda müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. Bu il reqatada 12 ölkənin təmsilçiləri mübarizə aparırlar. İnanırıq ki, gələcək illərdə yarış daha da genişlənəcək. Ümid edirəm ki, gələcəkdə həm Köndələnçayda, həm də Mingəçevirdə Avropa və dünya çempionatları keçiriləcək”.

Fərid Qayıbov son olaraq idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, reqataya oktyabrın 1-də yekun vurulacaq.

Humay İsgəndərli

İdman.Biz