Paraüzgüçümüz dünya çempionatında daha bir medal qazanıb

Xəbərlər
22 Sentyabr 2025 20:43
74
Paraüzgüçümüz dünya çempionatında daha bir medal qazanıb

Sinqapurda Paraüzgüçülük üzrə Dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, paraüzgüçümüz Raman Salei (S12 kateqoriyası) çempionatın ikinci günündə 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 58.17 nəticə ilə bürünc medal qazanıb.

Salei yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.

İdman.biz