Paracüdoçularımız Avropa çempionatında iştirak edəcəklər

Xəbərlər
18 Sentyabr 2025 18:34
34
Paracüdoçularımız Avropa çempionatında iştirak edəcəklər

Paracüdo üzrə milli komandamız sentyabrın 19-dan 21-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

İdman.biz Milli Paralimpya Komitəsinə istinadən xəbər verir ki, turnurdə kişi idmançılarımızdan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq) və İlham Zəkiyev (J1, +95 kq) mübarizə aparacaqlr.

Qadın paracüdoçulardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) çempionatda iştirak edəcəklər.

Paralimpiyaçılarımızı yarışa baş məşqçi İbrahim İbrahimov və Ramin İbrahimov çıxaracaqlar.

İdman.biz