Parataekvondoçularımız Daşkənddə təlim-məşq toplanışında

Xəbərlər
26 Mart 2024 13:03
Parataekvondoçularımız Daşkənddə təlim-məşq toplanışında

Parataekvondo üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda növbəti təlim-məşq toplanışını Özbəkistanın paytaxtı Daşkənddə keçir.

Hazırlıq prosesi aprelin 9-dək davam edəcək.

Qeyd edək ki, yığma Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.

İdman.biz

Məqalədə: