Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Parapauerliftinq üzrə Avropa Açıq çempionatında mübarizə aparan parapauerliftinqçimiz Rəsul Zəkiyev (97 kq) 2 gümüş medal qazanıb.
İdman.Biz bildirir ki, paralimpiyaçımız ən yaxşı qaldırmada 126 kq, ümumi qaldırmada isə 358 kq nəticə göstərərək gənclər arasında ikinci yeri tutub.
