VI İslam Həmrəyliyi Oyunlarında üç paralimpiyaçımız mübarizə aparacaq

Xəbərlər
14 Noyabr 2025 15:34
32
VI İslam Həmrəyliyi Oyunlarında üç paralimpiyaçımız mübarizə aparacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 17-21 noyabr tarixlərində Azərbaycanın üç paralimpiya idmançısı yarışacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, paraatletikada Samir Nəbiyev F57 kateqoriyasında nüvə itələmə və disk atma üzrə çıxış edəcək. Parapauerliftinq yarışlarında isə Ceyhun Mahmudov və Zəhra Dadaşova yüngül çəki dərəcəsində mübarizə aparacaqlar.

Paraatletimizi yarışa baş məşqçi Oleq Panyutin, parapauerliftinqçiləri isə məşqçi Taleh Məhərrəmov hazırlayır.

İdman.Biz