Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunda bürünc medal qazanıb

Xəbərlər
30 Oktyabr 2025 16:27
37
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Qeyd edək ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında bir qızıl, iki gümüş medal qazanmışdı.

İdman.Biz