Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib - FOTO

Xəbərlər
6 Sentyabr 2025 14:04
60
Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

İdman.biz xəbər verir ki, burada kompleksin fasadı, universal və köməkçi zallar, foye, üzgüçülük hovuzu əsaslı təmirdən sonra istifadəyə verilib.

Nazir Fərid Qayıbov kompleksdə idmançılar və valideynlərlə də görüşüb, söhbət edib.

Onlar kompleksin təmirinə və burada yaradılan şəraitə görə təşəkkür ediblər.

İdman.biz