Gənclər və İdman Nazirliyi “2023-cü ilin ən yaxşıları”nın seçiminə start verib.
İdman.biz xəbər verir ki, səsvermə 3 mərhələdən ibarət olacaq.
Birinci mərhələdə Olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini təqdim ediblər.
İkinci mərhələ sosial media vasitəsilə izləyiciləri arasında aparılır.
Üçüncü mərhələnin qalibləri isə nazirlikdə yaradılmış münsiflər komissiyanın rəyi də nəzərə alınmaqla elan ediləcək və Qala mərasimində mükafatlandırılacaqlar.
Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alacaqlar.
Qeyd edək ki, “İdman.biz” ilin idman media qurumu, saytın baş redaktoru Tahir Hümmətov, müxbirlər Zəki Feyzullayevlə Emin Ağa ilin ən fəal idman jurnalisti, Rüfət Abdullayev isə ilin idman fotoqrafı nominasiyasına namizəd kimi göstərilib.
İdman.biz