Kolin Reymond Qibson: "Azərbaycanda idman elminin inkişaf etdiyini görürük"

Xəbərlər
30 Noyabr 2023 10:52
225
Kolin Reymond Qibson: "Azərbaycanda idman elminin inkişaf etdiyini görürük"

"Azərbaycanda idman elminin inkişaf etdiyini görürük".

İdman.biz xəbər verir ki, bunu “High Park Communications” şirkətinin təsisçisi və direktoru, "Dream Fields" şirkətinin həmtəsisçisi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiyalar üzrə direktoru Kolin Reymond Qibson Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən ll beynəlxalq konfransda deyib.

Onun sözlərinə Bakı-2015-dən sonra Azərbaycan idmanda inkişaf yüksələn xətlə davam edir: “Azərbaycan Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Burada çoxlu infrastruktur yaradılıb".

Banuçiçək Hüseynli
İdman.biz