Fuad Hacıyev: “Təhsil proqramlarımızda dünya təcrübəsində istifadə olunan modellər tətbiq edilir”

Xəbərlər
30 Noyabr 2023 10:49
364
Fuad Hacıyev: “Təhsil proqramlarımızda dünya təcrübəsində istifadə olunan modellər tətbiq edilir”

“ll beynəlxalq elmi konfrans Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib”.

İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən ll beynəlxalq konfransda deyib.

O, Ulu Öndər Heydər Əliyevin daim elmlə sıx bağlı olduğunu bildirib: “Keçmiş dövrlərdə belə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması modeli qurulub. Təbii ki, bu tendensiya da müstəqil Azərbaycan dövlətinin qurulmasında böyük töhfə verib. Həmin gənclərimiz bu gün Azərbaycanın təhsil sisteminin inkişaf etdirilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin başçılığı ilə biz idman sahəsində tələb olunan ixtisaslar üzrə yüksək səviyyədə inkişaf etmişik. Avropanın qabaqcıl ölkələrində olduğu kimi idman sahəsindəki təhsil proqramlarımızda dünya təcrübəsində istifadə olun modellər tətbiq olunur”.

Banuçiçək Hüseynli
İdman.biz