Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Bu həftə enerjiniz yenidən zirvəyə qalxacaq. Daxili gücünüzü doğru istiqamətdə yönləndirə bilsəniz, mühüm nəticələr əldə etmək mümkündür. Hər şeyə qarşı həssas ola bilərsiniz, əsas odur ki, özünüzü itirməyin. Hər qərarınızda ölçülü olun, tələskənlikdən uzaq durun. Tennis, sambo, voleybol, basketbol, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.
Buğa
Səbirli olmağı bacarsanız, bu həftə sizin üçün əlverişli olacaq. Gözlədiyiniz nəticələr bir qədər gec gələ bilər, lakin bu, əzm və davamlılıqla düzələcək. İntuisiyanızın səsinə qulaq asın və daxili tarazlığınızı qoruyun. Üzgüçülük, şahmat, güləş və karate idman növlərində bol-bol uğurlar vəd edilir.
Əkizlər
Yeniliklərə açıq olun. Həftə ərzində sizi həm maraqlı ideyalar, həm də yeni tanışlıqlar gözləyir. Amma bu axında öz istiqamətinizi itirməmək üçün daxili balansınıza sadiq qalmalısınız. Hissləriniz sizi doğru yola yönəldəcək. Avarçəkmə, güləş, qaçış, qılıncoynatma, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.
Xərçəng
Duyğusal olaraq həssas bir həftə sizi gözləyir. Qarşınıza çıxan situasiyalar sizdən möhkəmlik tələb edə bilər. Özünüzə inanın və səbirli davranın – həftənin sonuna yaxın sizi sevindirəcək bir xəbər alma ehtimalınız yüksəkdir. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Şir
Bu həftə daxili gücünüz daha da artacaq. Eyni zamanda, liderlik keyfiyyətlərinizlə ön planda olacaqsınız. Amma təkbaşına hər şeyə nəzarət etməyə çalışmaq sizi yora bilər – kömək istəməkdən çəkinməyin. Güləş, stolüstü tennis, cüdo, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Qız
Detallara diqqətiniz bu həftə sizə uğur gətirə bilər. Planlarınızı yenidən gözdən keçirmək və maliyyə məsələlərinə diqqətlə yanaşmaq faydalı olacaq. Hətta gözlənilməz dəyişikliklər belə sizi narahat etməyəcək. Cüdo, güləş, karate, üzgüçülük və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Tərəzi
Həyatınız bu həftə sanki bir rəsm tablosu kimi formalaşır – necə rəngləyəcəyiniz isə öz əlinizdədir. Harmoniya və balans axtarışı sizin üçün ön planda olacaq. İnsanlarla dürüst ünsiyyət sizə daxili rahatlıq gətirəcək. Güləş, minifutbol, futzal, basketbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Əqrəb
Bu həftə gizli mövzuların üzə çıxması mümkündür. Daxili səsinizlə üzləşmək və bəzi düşüncələrinizi yenidən nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Emosiyalarınızı düzgün idarə etməklə önəmli bir mərhələni geridə qoyacaqsınız. Voleybol, hokkey, həndbol, basketbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.
Oxatan
Macəra və yenilik axtarışında olacaqsınız. Yeni insanlarla tanışlıq və fərqli fikirlər sizə ilham verəcək. Qarşınıza çıxan çətinlikləri isə bir təcrübə kimi qəbul edin. Bu həftə enerjiniz yüksək olacaq. Həndbol, güləş, atıcılıq, voleybol, futzal və basketbol idman növlərində uğurlar vəd olunur.
Oğlaq
Keçmiş təcrübələr bu həftə sizə istiqamət verəcək. Əldə etdiyiniz biliklərdən istifadə edərək yeni qərarlar almaq zamanıdır. Planlı və məqsədyönlü olsanız, hər şey istədiyiniz kimi gedəcək. Sambo, avarçəkmə, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Dolça
Yaradıcılıq qabiliyyətiniz bu həftə zirvəyə çatacaq. Fikirlərinizi konkret layihələrə çevirmək üçün əla zamandır. Ancaq sistemli və intizamlı olmaq mütləqdir. Tələsməyin – hər şey öz vaxtında baş verəcək. Otüstü hokkey, voleybol, güləş, qaçış, üzgüçülük və atçılıq növlərində uğurlar gözləniləndir.
Balıq
Bu həftə daxili sükunətə və özünüzlə baş-başa qalmağa ehtiyacınız olacaq. Yaradıcılıqla məşğul olmaq və təbiətdə vaxt keçirmək ruhunuzu dincəldəcək. Özünüzə diqqətiniz sizi daha güclü edəcək. Cüdo, çövkən, avarçəkmə, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
İdman.biz