Gənclər və İdman Nazirliyi: Səhər idmanla başlayır – MƏKANLAR/VİDEO

Xəbərlər
21 Avqust 2025 09:13
40
Gənclər və İdman Nazirliyi: Səhər idmanla başlayır – MƏKANLAR/VİDEO

Avqustun 25-dən Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə paytaxtın müxtəlif parklarında səhər məşqləri start götürür.

İdman.biz xəbər verir ki, məşqlər fərqli məkanlarda - Zabitlər parkı, Mərkəzi park və Dədə Qorqud parkında keçiriləcək.

Tayçi, gimnastika və yoqa üzrə peşəkarların iştirakı ilə məşqlər həftəiçi 6 gün səhər saat 07:00-dan 08:00-dək olacaq.

Məşğələlərə hər kəs qoşula bilər. İştirak ödənişsizdir və qeydiyyat tələb olunmur.

İdman.biz