Azərbaycanın Universiadalardakı ümumi medal sayı 53-ə çatıb

Xəbərlər
31 İyul 2025 13:57
38
Azərbaycanın Universiadalardakı ümumi medal sayı 53-ə çatıb

Azərbaycan indiyədək iştirak etdiyi bütün Universiadalarda qazandığı medalların sayını 53-ə yüksəldib.

İdman.biz xəbər verir ki, indiyədək Universitet Oyunlarında idmançılarımız 15 qızıl, 16 gümüş və 22 bürünc medal qazanıb.

Almaniyanın Reyn-Rur bölgəsində yeni başa çatan Universiadada Azərbaycan komandası 2 qızıl və 2 gümüş medal əldə edərək ümumi sıralamada 24-cü yeri tutub.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız – Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilə Əliyeva və Yelizaveta Luzan iki qələbə qazanıb, bir dəfə də ikinci olub. İkinci gümüş medalı ölkəmizə cüdoçu Elcan Hacıyev (90 kq) qazandırıb.

İdman.biz

Məqalədə: