FISU bayrağı Cənubi Koreyaya təhvil verilib

Xəbərlər
28 İyul 2025 12:02
33
FISU bayrağı Cənubi Koreyaya təhvil verilib

Beynəlxalq Universitet İdmanları Federasiyasının (FISU) bayrağı 2027-ci ildə Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək Universiadanın təşkilatçılarına təhvil verilib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadanın bağlanış mərasimi zamanı baş verib.

İki ildən bir keçirilən multiforuma dördüncü dəfə Cənubi Koreyanın ev sahibliyi edəcək.

Qeyd edək ki, Almaniyada keçirilən Universiadada Azərbaycan iki qızıl və iki gümüş medal qazanaraq ümumi hesabda 24-cü yeri tutub. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qələbə qazanıb, həmçinin gümüş medal əldə ediblər. Cüdoçu Elcan Hacıyev (90 kq) da gümüş medala layiq görülüb.

Zəki Feyzullayev
İdman.biz