Universiada: Azərbaycan 24-cü olub

Xəbərlər
27 İyul 2025 17:38
38
Universiada: Azərbaycan 24-cü olub

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasının medal sıralamasında Azərbaycan 24-cü yeri tutub.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, multiforumun yekunlarına əsasən, cüdoçularımız 2 qızıl və 2 gümüş medal qazanıblar.

Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qələbə qazanıb, həmçinin gümüş medal əldə ediblər. Cüdoçu Elcan Hacıyev (90 kq) da gümüş medala layiq görülüb.

Yekun protokolda ölkəmiz Kanada, Finlandiya, Portuqaliya, Gürcüstan, Belçika, İsveç, Qazaxıstan və digər ölkələri geridə qoyub.

Medalların sayında Yaponiya birinci (34-21-24), Çin ikinci (30-27-17) yeri tutub. İlk üçlüyü ABŞ (28-27-29) tamamlayıb.

İdman.biz