Universiada-2027-nin təşkilatçıları Essendə sualları cavablandıracaqlar

Xəbərlər
23 İyul 2025 18:39
51
Universiada-2027-nin təşkilatçıları Essendə sualları cavablandıracaqlar

Beynəlxalq Universitet İdmanı Federasiyası (FISU) 2027-ci il Ümumdünya Yay Universiadasının paytaxtı ilə bağlı Almaniyanın Essen şəhərində xüsusi mətbuat konfransı keçirəcək.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, iyulun 25-də "Messe Essen" sərgi kompleksində keçiriləcək tədbirdə Cənubi Koreyanın Çunqçonq vilayətində baş tutacaq tələbə oyunları haqqında ətraflı məlumat veriləcək.

Multiforum 2027-ci il avqustun 1-12-də keçiriləcək.

Təşkilatçılar artıq Universiada proqramını da açıqlayıblar. Oyunlarda 18 idman növü yer alacaq: idman gimnastikası və bədii gimnastika, oxatma, avarçəkmə, cüdo, atletika, badminton, basketbol, suya tullanma, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu, çimərlik voleybolu və qolf.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: