Universiada: finişə beş gün qalmış Azərbaycan 12-ci mövqedə

Xəbərlər
23 İyul 2025 11:47
57
Universiada: finişə beş gün qalmış Azərbaycan 12-ci mövqedə

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada yarışların son beş günü ərəfəsində Azərbaycan medal sıralamasında 12-ci pillədə qərarlaşıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandamızın hesabında iki qızıl və bir gümüş medal var.

Bu medalları bədii gimnastika üzrə qrup hərəkətləri komandamız - Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzan - qazanıb.

11-ci pillədə olan Türkiyənin də iki qızıl medalı var, lakin onların gümüş medallarının sayı (iki) Azərbaycandan bir ədəd artıqdır.

Azərbaycan medal cədvəlində İspaniya, Fransa, Braziliya, Kanada, Avstraliya, Gürcüstan, Danimarka və bir çox başqa ölkələri qabaqlayır.

Medal sıralamasında lider ABŞ-dir (21 qızıl, 12 gümüş, 20 bürünc), ikinci yerdə Çin (12-17-4) qərarlaşıb, ilk "üçlüy"ü isə Cənubi Koreya (11-5-13) tamamlayır.

İdman.biz

Məqalədə: