Azərbaycan Universiadada medal hesabında 11-ci yerdə

Xəbərlər
22 İyul 2025 10:05
63
Azərbaycan Universiadada medal hesabında 11-ci yerdə

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universitet Oyunlarının medal sıralamasında Azərbaycan 11-ci yerdədir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandamızın hesabında Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Elizaveta Luzandan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandasının qazandığı iki qızıl və bir gümüş medal var.

Siyahıda İspaniya, Fransa, Braziliya, Kanada, Türkiyə, Gürcüstan, Danimarka və bir çox başqa ölkələri qabaqlayırıq.

Qeyd edək ki, medal hesabında ABŞ liderlik edir (17-9-17), Çin ikinci yerdə (10-13-3), Cənubi Koreya isə üçüncü yerdədir (10-5-11).

İdman.biz