Bu gün gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançılarla görüşüb.
İdman.biz xəbər verir ki, nazir Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.
Fərid Qayıbov iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.
Qeyd edək ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.
İdman.biz