Açıq havada kapoeyra seminarı keçirilib

Xəbərlər
2 İyun 2025 00:55
55
Açıq havada kapoeyra seminarı keçirilib

Bakı şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş açıq hava seminarı keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə “Antena” parkında baş tutan tədbirdə 100-ə yaxın uşaq iştirak edib.

Seminar çərçivəsində peşəkar mütəxəssislər tərəfindən uşaqlara kapoeyra üzrə müxtəlif hərəkətlər nümayiş etdirilib.

İdman.biz

Məqalədə: