Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ciu-citsu turniri keçirilib

Xəbərlər
21 May 2025 16:45
28
Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ciu-citsu turniri keçirilib

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş turnir keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda Bakı şəhəri və respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qrupları və müxtəlif çəki dərəcələrində olan 200-ə qədər uşaq, yeniyetmə və gənc ciu-citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə güclərini sınayıblar.

Komanda hesabında isə 1-ci yerə Suraxanı Braziliya ciu-citsu komandası, 2-ci yerə Bakı Braziliya ciu-citsu Akademiyası, 3-cü yerə isə Əkbər Hadiyev Braziliya ciu-citsu komandası layiq görülüblər.

İdman.biz