Xəzər İsayev AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib - FOTO

Xəbərlər
19 May 2025 23:28
32
Xəzər İsayev AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib - FOTO

Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib.

İdman.biz xəbər verir ki, assambleyada qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər də keçirilib.

Belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.

Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı tərəfindən Con Barotta mükafatına da layiq görülüb.

Qeyd edək ki, tədbir çərçivəsində taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.

İdman.biz