Azərbaycanda keçiriləcək yarışın iştirakçı sayı və şüarı açıqlanıb - FOTO

Xəbərlər
23 Aprel 2025 10:49
259
Azərbaycanda keçiriləcək yarışın iştirakçı sayı və şüarı açıqlanıb - FOTO

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının şüarı açıqlanıb.

İdman.biz xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında deyib.

O bildirib ki, yarış “Hər qəlbdə bir qələbə” şüarı altında keçiriləcək.

Oyunlar Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevir şəhərlərində təşkil olunacaq.

Açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5550-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulub.

Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, yarış məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərini davam etdirirlər.

İdman.biz