Gənclər və İdman Nazirliyi regionlar üzrə həftənin idman afişasını açıqlayıb.
İdman.biz xəbər verir ki, oktyabrın 16-22-də müxtəlif növlər üzrə bir sıra yarışlar təşkil olunacaq.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş kross üzrə şəhər birinciliyi – 17 oktyabr, saat 10:00 (Sumqayıt Bulvarı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş – 18 oktyabr, saat 16:00 (Nəsimi adına mədəniyyət və istirahət parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kunq-fu üzrə nümunəvi çıxışlar – 19 oktyabr, saat 15:00 (Abşeron rayonu, Məhəmmədəli kəndi);
- Basketbol üzrə 2009-2010-cu il təvəllüdlü qızlar arasında Xızı rayon birinciliyi - 20 oktyabr, saat 10:00 (Xızı rayon tam orta məktəbi);
- Şahmat üzrə tempo turniri – 21 oktyabr, saat 15:00 (“Təhsil” RİM Sumqayıt şəhəri 2 nömrəli UGİŞM).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Şamaxının “Şirvan” güləş klubunun açıq birinciliyi - 16 oktyabr, saat 10:00 (Şamaxı rayonu, "Şirvan" güləş klubu).
– "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" münasibətilə yeniyetmə qızlar arasında atletika üzrə rayon birinciliyi – 16-17 oktyabr, saat 10:00 (İsmayıllı rayonu, 3 saylı məktəb-lisey);
– “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” münasibətilə taekvondo rayon çempionatı – 16-17 oktyabr, saat 16:00 (Ağsu rayonu, 3 saylı tam orta məktəb);
- “Gimnastika hamı üçün” devizi altında məşğələ - 18 oktyabr, saat 17:00 (Qobustan rayonu, Şəhid F.Nadirov adına İstirahət Parkı);
– 2006-2008-ci il təvəllüdlü məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi - 20-21 oktyabr, saat 10:00 (İsmayıllı rayonu, 6 saylı tam orta məktəb);
- Qobustan şəhidlərinin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 20 oktyabr, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Minifutbol üzrə Göygöl rayon çempionatı - 16 oktyabr - 8 noyabr, saat 16:00 (Göygöl Olimpiya İdman Kompleksi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş voleybol üzrə rayon birinciliyinin final mərhələsi - 16-17 oktyabr (Goranboy Olimpiya İdman Kompleksi);
- "Mahir nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi - 17 oktyabr, saat 11:00 (Samux rayonu, Heydər Əliyev adına istirahət parkı);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" münasibətilə kikboksinq üzrə rayon birinciliyi – 18 oktyabr, saat 10:00 (Samux rayonu, İnstitut qəsəbəsi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində gənclər arasında üzgüçülük üzrə təlim-məşq dərsləri - 16-20 oktyabr, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsidə gənclər arasında stolüstü tennis üzrə Şabran rayon birinciliyi - 16 oktyabr, saat 11:00 (Şabran rayonu, 5 saylı tam orta məktəb);
- Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Üzməyi öyrənək” layihəsi çərçivəsində təlim-məşqlər - 16 oktyabr, saat 12:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Şəhid Nurəhməd Ulubəyovun xatirəsinə həsr olunmuş bələdiyyə komandaları arasında Regional futbol turnirinin final oyunları və bağlanışı – 16 oktyabr, saat 14:00 (Qusar rayonu, Quxur Oba kənd futbol meydançası);
- "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə “Zəfər” kuboku - 16-20 oktyabr, saat 15:00 (Siyəzən rayon stadionu);
- "Sağlam həyat" layihəsi çərçivəsində qadınlar arasında fitnes üzrə təlim məşq dərsləri - 17 oktyabr, saat 15:00 (Qusar rayonu, “Sparta” idman klubu);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş gənclər arasında atletika üzrə Quba rayon turniri - 18 oktyabr, saat 16:00 (Quba Olimpiya İdman Kompleksi);
- Taekvondo üzrə nümunəvi çıxışlar – 18 oktyabr, saat 16:00 (Xaçmaz rayonu, taekvondo zalı);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş gənclər arasında voleybol üzrə Quba rayon turniri - 19 oktyabr, saat 14:30 (Quba Olimpiya İdman Kompleksi);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş Xaçmaz rayon məktəbliləri arasında kross yarışı - 20 oktyabr, saat 11:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məktəbli oğlanlar arasında voleybol turniri - 22 oktyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Rayonun tam orta məktəb şagirdləri arasında atletika üzrə Bərdə rayon birinciliyi - 16-17 oktyabr, saat 15:00 (Bərdə rayonu, Kələntərli kənd tam orta məktəbi);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş gənclər arasında kross qaçışı üzrə Xocavənd rayon birinciliyi - 17 oktyabr, saat 14:30 (Xocavənd rayonu, 500 ailəlik qəsəbə);
- “İdman hamı üçün” devizi altında alpaqut idman növü üzrə nümunəvi çıxışlar - 17 oktyabr, saat 15:00 (Ağcabədi rayonu, Köyük kənd tam orta məktəbi).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 16 oktyabr, saat 15:00 (Qazax rayonu, 5 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində qol güləşi və fitnes üzrə nümunəvi çıxışlar - 18 oktyabr, saat 15:30 (Qazax Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 18 oktyabr, saat 17:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 20 oktyabr, saat 11:00 (Gədəbəy Olimpiya İdman Kompleksi);
- Yeniyetmə və gənclər arasında bilyard üzrə Şəmkir rayon turniri - 20 oktyabr, saat 11:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Ağstafa rayon birinciliyi - 20 oktyabr, saat 13:00 (Ağstafa rayonu, S.Şükürova adına 3 saylı tam orta məktəb).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş orta məktəblərin qızlardan ibarət komandaları arasında futzal turniri - 18 oktyabr, saat 9:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş qızlar arasında voleybol üzrə turnir - 18 oktyabr, saat 16:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş həvəskarlar arasında nərd yarışı - 18-20 oktyabr, saat 15:00 (Lənkəran rayonu, Veteranlar klubu);
- Yüksək nailiyyətli idmançıların və idman ictimaiyyəti nümayəndələrinin şagirdlərlə maarifləndirici görüşü - 19 oktyabr, saat 10:00 (Lənkəran rayon 4 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Mənim sağlam ailəm” devizi altında açıq idman tədbiri - 21 oktyabr, saat 11:00 (Lənkəran rayonu, Akademik Z.Əliyeva küçəsi, Sağlam məhəllə idman zonası);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş atletika üzrə məktəblilər arasında Astara rayon turniri - 17 oktyabr, saat 10:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə “Savat hamı üçün” adlı idman tədbiri - 20 oktyabr, saat 17:00 (Astara rayonu, “Astara Aslan” əlbəyaxa döyüş idman klubu);
- “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş uşaqlar arasında minifutbol üzrə rayon turniri - 18 oktyabr, saat 15:00 (Masallı rayonu, “Viləş” minifutbol meydançası);
- Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında ənənəvi XXVII açıq Respublika turniri - 20-22 oktyabr, saat 10:00 (Masallı rayonu, Masallı Olimpiya Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə açıq idman tədbiri - 21 oktyabr, saat 15:00 (Yardımlı rayonu, Şamil Mirzəyev adına idman klubu);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 20 oktyabr, saat 11:00 (Cəlilabad rayonu, Mərkəzi stadion);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində sərbəst güləş üzrə master-klas - 21 oktyabr, saat 15:30 (Cəlilabad rayonu, Mərkəzi stadion);
- “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük yarışı - 17 oktyabr, saat 10:00 (Lerik rayon stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə açıq idman tədbiri - 21 oktyabr, saat 15:00 (Lerik rayon stadionu).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş yunan-Roma güləşi üzrə qruplararası birincilik - 16 oktyabr, saat 9:00 (Göyçay rayonu, 8 saylı orta məktəbi);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 18 oktyabr, saat 10:00 (Kürdəmir Gənclər Evi);
- Mingəçevir şəhəri üzrə ''İdman hamı üçün'' layihəsi çərçivəsində “Qədiroğlu” idman klubunun gimnastika bölməsinin nümunəvi çıxışları - 18 oktyabr, saat 16:00 (Mingəçevir şəhəri, “Qədiroğlu” idman klubunun zalı)
- Şəhidlərin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə açıq rayon birinciliyi - 21 oktyabr, saat 9:00 (Zərdab rayonu, Mədəniyyət Mərkəzi);
- “KÜR-Azərbaycan” həndbol üzrə kişilərdən ibarət idman klubu Xorvatiyanın “MRK Sesvete” klubu ilə Avropa Kuboku oyunu - 21 oktyabr, saat 16:00 (Mingəçevir şəhəri, “KÜR” Olimpiya Tədris-İdman Mərkəzi);
- "İdman hamı üçün" lahiyəsi çərçivəsində stolüstü tennis üzrə rayon birinciliyi - 22 oktyabr, saat 10:00 (Ucar rayonu, Gənclər Evinin binası).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- "Heydər Əliyev İli" çərçivəsində milli idman oyunlarına daxil olan nərd üzrə rayon birinciliyi - 16 oktyabr, 11:00 (Saatlı Gənclər Evi);
- "Heydər Əliyev İli" çərçivəsində gənclər arasında MMA və qrapplinq üzrə rayon birinciliyi - 17 oktyabr, saat 15:00 (Sabirabad MMA İdman Klubu);
- Futbol üzrə nümunəvi məşq prosesi - 18 oktyabr, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Kross qaçışı üzrə ölkə çempionatı - 21-22 oktyabr (Şəki rayonu).
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- "20 oktyabr - Zəngilan şəhəri günü"nə həsr olunmuş voleybol üzrə oğlanlar arasında Zəngilan rayon birinciliyi - 16-20 oktyabr, saat 10:00 (Zəngilan rayonu, Binəqədi rayonu, 4 saylı Zəngilan rayon kənd tam orta məktəbi);
- Kross üzrə məktəblilər arasında Cəbrayıl rayon birinciliyi - 20 oktyabr, saat 10:00 (Cəbrayıl rayonu, Biləsuvar rayonu, Böyük Mərcanlı kənd tam orta məktəb).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində MMA üzrə ustad dərsi - 18 oktyabr, saat 10:00 (Şirvan şəhəri, MMA idman zalı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində badminton üzrə ustad dərsi - 19 oktyabr, saat 10:00 (Şirvan şəhəri, 16 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 18 oktyabr, saat 15:00 (Neftçala rayonu, güləş idman zalı);
- “Heydər Əliyev İli”nə həsr olunmuş 2008-2009-cu il təvəllüdlü məktəbli oğlanlar arasında minifutbol üzrə rayon birinciliyi - 17-27 oktyabr, saat 10:00 (Biləsuvar rayonu, 1 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol üzrə ustad dərsi - 20 oktyabr, saat 15:00 (Hacıqabul rayonu, 2 saylı orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Karate hamı üçün” devizi altında nümunəvi çıxışlar – 22 oktyabr, saat 10:00 (Salyan rayonu, Qarabağlı kəndi).
İdman.biz