Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 28 oktyabr – 3 noyabrda müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
- Gözdən əlillərin 100 xanalı dama üzrə dünya çempionatı – 19-29 oktyabr (Almaniya);
- Boks üzrə dünya çempionatı (gənclər, qadınlar və kişilər) – 20 oktyabr - 6 noyabr (Monteneqro, Budva);
- WKF üzrə yeniyetmələr və gənclərin 14-cü dünya çempionatı – 21-30 oktyabr (İtaliya, Venesiya);
- Qılıncoynatma (sablya) üzrə yeniyetmə oğlanlar və qızlar arasında “Kadet Sirkuit” – 22 oktyabr – 1 noyabr (Bəhreyn, Manama);
- Şahmat üzrə oğlanlar və qızlar arasında 14-18 yaş üzrə dünya çempionatı – 22 oktyabr - 2 noyabr (Braziliya, Florianopolis);
- Taekvondo üzrə “Qatar Open” – 26-29 oktyabr (Qətər, Doha);
- Ağırlıqqaldırma üzrə Avropa birinciliyi (gənclər və U-23) – 26 oktyabr - 3 noyabr (Polşa, Raşin);
- 100 xanalı dama üzrə dünya birinciliyi - gənclər (2005-2007), kadetlər (2008-2010), kiçik kadetlər (2011-2013), ümidlər (2014) və daha kiçik yaşlılar (oğlanlar/qızlar) – 27 oktyabr - 4 noyabr (Polşa, Szklarska Poreba);
- Qolf üzrə “Zefer Tournament” – 27-29 oktyabr (Türkiyə, İstanbul);
- Taekvondo üzrə “Uzbekistan Open” – 30 oktyabr - 2 noyabr (Özbəkistan, Namanqan);
- Bodibildinq və fitnes üzrə kişilər və qadınlar arasında Dünya Kuboku – 31 oktyabr - 4 noyabr (İspaniya, Santa-Susanna);
- Taekvondo üzrə “Cyprus Open” – 1-3 noyabr (Kipr, Larnaka);
- Güllə atıcılığı üzrə gənclər arasında İSSF dünya çempionatı – 1-10 noyabr (Peru, Lima);
- WKF üzrə gənclərin “Dutç Open” beynəlxalq turniri – 2 noyabr (Hollandiya, Almele);
- Kikboksinq üzrə Avropa çempionatı (böyüklər və veteranlar, kişilər və qadınlar) – 2-10 noyabr (Yunanıstan, Afina);
- WKF üzrə “Samuray Cup” beynəlxalq turnir – 3 noyabr (Moldova, Kişinau).
İdman.biz