Gənclər və idman naziri Fərid Qayıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszu qəbul edib.
İdman.biz xəbər verir ki, səfiri salamlayan nazir onu ölkəmizdəki diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
İdman.biz