Sabah bodibildinq üzrə ölkə çempionatı keçiriləcək

Xəbərlər
26 Oktyabr 2024 13:06
216
Sabah bodibildinq üzrə ölkə çempionatı keçiriləcək

Oktyabrın 27-də Milli Gimnastika Arenasında bodibildinq və fitnes üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda klassik bodibildinq və "Men’s Physique" (çimərlik bodibildinqi) də daxil olmaqla, bütün aparıcı növlər üzrə medallar uğrunda mübarizə gedəcək.

Qeyd edək ki, ölkə çempionatı ənənəvi olaraq payızda, Azərbaycan kuboku isə yazda təşkil olunur.

İdman.biz

Məqalədə: