Ciu-citsu üzrə açıq Bakı turniri keçirilib - FOTO

Xəbərlər
24 İyun 2024 12:41
247
Ciu-citsu üzrə açıq Bakı turniri keçirilib - FOTO

Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Braziliya ciu-citsu üzrə açıq Bakı turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda 200-dək idmançı mübarizə aparıb.

Azərbaycan və Braziliyanın Dövlət Himnlərinin səsləndirilməsilə start götürən turnirdə Braziliya Ciu-citsu Klubunun prezidenti Aqil Acalov bildirib ki, fəaliyyətləri boyu əsas qayələrinin vətənpərvərliyin təbliğ olunmasıdır.

Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov iştirakçılara uğurlar arzulayıb.

İctimai Birliyin sədri Fuad Kərimov isə nitqi zamanı bu idman növünün perspektivlərindən danışıb.

Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegro ölkələr arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sayıb. O, 2 ölkə arasında münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu da dilə gətirib.

Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunub.

İdman.biz

Məqalədə: