Kapoeyra üzrə Azərbaycan millisi Avropa çempionu olub - FOTO

3 İyun 2024 13:10
651
Kapoeyra üzrə Azərbaycan millisi Avropa çempionu olub - FOTO

Kapoeyra üzrə Azərbaycan millisi WCF (World Capoeira Federation) tərəfindən Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatında iştirak edib.

İdman.biz xəbər verir ki, yığma 6 qızıl, 2 gümüş, 3 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Millimiz medalların sayına görə Avropa çempionatında 1-ci yerə layiq görülüb.

Mükafatçılar
Kadetlər, 12 yaş

Fikrət Dadaşov – qızıl medal

Oğlanlar, 16 yaş
Cəfər Usubov - qızıl medal
Şahyarov Səid - bürünc medal

Oğlanlar, 18 yaş
Dilqəm İsmayılov - qızıl medal
Əli Tağızadə - bürünc medal

Qızlar
Mehriban Hacıbabayeva - qızıl medal
Gülçöhrə Abbasova - gümüş medal

Qadınlar
Asya Atayeva - gümüş medal
Xədicə Zeynallı - bürünc medal

Kişilər (70 kq)
Fərid Səlimov - qızıl medal

Kişilər (+82 kq)
Fərid Allahverdiyev - qızıl medal

İdman.biz

Məqalədə: